659969dc36cd7202401245524
Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərləndi
Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Panarama.az Yeniavaz.com-a istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.
Şəhər sakinləri - 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və onun övladları - 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı, 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, yerli KİV Ruhiyyə Rəsulovanın Naxçıvanda jurnalist kimi fəaliyyət göstərdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
06.01.2024 18:54
342

(MGID): :
OXŞAR XƏBƏRLƏR