64ec2e51dc0bb202308231913
Nazilə Səfərli: "O qədər xəyanət görmüşəm ki,” rəfiqəm..."

"Dünyaya sui-istifadə olunmaq üçün gəldim. Qarnım ac olsa da, gözüm tox oldu və gözümün önündə acgözləri doyurdunuz sadəcə gülümsədim. Heç kim dərdimi soruşmadı. Özüm danışdıqlarım da inanmadı. Yeyib-içdiyim dərd oldu çoxuna əsl dərdimi heç kim görə bilmədi. Hamı məndən umdu və sonunda etməsəydin dedilər…”

Panarama.az  OLAY-a istinadən  yazır ki, bu sözləri şairə Nazilə Səfərli “İnstagram” hesabında yazıb. 

“O qədər xəyanət görmüşəm ki,normal qəbul edirəm. Evimə buraxdığım “ən yaxın” rəfiqəm belə evimdə gördüyünü başqasına nağıl etməyə gəlirmiş.

Bilə-bilə susdum, o da utanmazcasına davranmağa davam etdi. Ən ucuz paltarımı ən baha kimi daşıdım və heç kim risk edib mənə nə isə hədiyyə edə bilmədi. Edənlərin də on qat əvəzini çıxdım, boynumda qalar qorxusu ilə…

Qürurumdan minnət götürmədim götürənlərin hamısı onun-bunun hesabına varlandı. Təki məndən razı qalsınlar deyə özümü arxa plana atdım. Ən son dünən bir doğmamdan nəvaziş istədim.

Mən səni təmənnasız bilirdim dedi və çox üzüldü. Dəyər verdiyim böyükləri, sənətkarları yoxlayıb başa çıxanda belə haqqımda “yaltaqlanır” dedilər.

Zəhmətkeşəm. Nə üçün? Hamı mənə halal olsun desin deyə?

Halal olmadı mənə ,heyf oldu! İndi də heç kimi görmək istəmirəm! Özümə o qədər əmək vermişəm ki, özümə heyfim gəlir. Dəyərdimi?" – deyə şairə qeyd edib. 

28.08.2023 09:17
209

(MGID): :
OXŞAR XƏBƏRLƏR