64ddd29fe96a6202308235615
“Nazir bu barədə düşünməlidir”- Nadir Qafarzadə İlhamə Quluyevanın yubileyindən danışdı
Bu gün Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın 80 illik yubileyidir. 

 Panarama.az  Qaynarinfo-ya istinadən  bildirir ki, müğənni Nadir Qafarzadə açıqlamasında bildirib ki, bu gün İlhamə xanımın məzarını ziyarət edə bilməyəcək: 

"Bakıda deyiləm. Amma Bakıya gələn kimi ilk işim onun məzarını ziyarət etmək olacaq. Həmişə olduğu kimi yeri görünür, onu heç kim əvəzləyə bilmədi və bilməyəcək. Böyük sənətkar idi, dünya belədir ki, bir gün gələn, bir gün gedir. İlhamə xanım isə tez getdi, heyif. Təəssüf edirəm ki, Azərbaycan estradası İlhamə xanım kimi bir sənətkarı vaxtsız itirdi. Onun ölümü Azərbaycan mədəniyyəti üçün ağır itki oldu”. 
Nadir Qafarzadə İlhamə xanımın yubileyinin dövlət səviyyəsində keçirilməsinin arzuolunan olduğunu vurğulayıb: 

"Bu işə İlhamə xanımın doğmaları qarışmalı idi, əsasən də bacıları. Düşünürəm ki, onun yubileyi Heydər Əliyev Sarayında keçirilməlidir. Bütün mahnıları müğənnilərin ifasında səslənməlidir. Bir sözlə, İlhamə xanım bu gün yad olunmalıdır, sıradan bir sənətkar deyil. Bəlkə bunu payız aylarında həyata keçirərlər. İlhamə xanımın bütün mahnıları yaşanmalıdır”.

Nadir Qafarzadə deyib ki, İlhamə xanımın yubileyi mədəniyyət nazirinin diqqətində olmalıdır: "Nazir bu barədə düşünməlidir”. 


17.08.2023 11:54
209

(MGID): :
OXŞAR XƏBƏRLƏR