667e2549e2a5f202406245153
Nazir: Direktor və direktor müavinləri də sertifikatlaşdırmaya cəlb olunacaqlar

Növbəti mərhələdə direktor və direktor müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik.

 

Panarama.az AzEdu.az-a istinadən  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

O bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsini vacib hesab edirik:

 

"Çünki öz fənnini bilməyən şəxs məktəbə ditektorluq edəndə, düşünürəm ki, bu, heç kimi sevindirmir. O demək deyil ki, yüksək nəticə göstərənləri dərhal direktor təyin edəcəyik. Sadəcə direktorlar yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcək".

28.06.2024 06:50
157

(MGID): :
OXŞAR XƏBƏRLƏR