Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.
Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.
Qeyd edək ki, son günlər bir çox rayonların DYMX rəisləri də tutduqları vəzifələrdən azad olunublar.