65564535e5547202311233709
Nazir müavini: "İşsiz insanlara ünvanlı sosial yardım versək, işləməyəcəklər"

İşsiz insanlara ünvanlı sosial yardım versək, onlar işləməyəcəklər.

Panarama.az APA-ya istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanununun layihəsinin müzakirəsi zamanı deyib ki, bəzən suallar verilir ki, bəzi ailələr həm işləyir, həm də ünvanlı dövlət sosial yardımı alır.

Nazir müavini qeyd edib ki, ünvanlı sosial yardımın fəlsəfəsi ayrıdır: “Yəni işsiz insanlara bu yardımı versək, onlar işləməyəcəklər”.

16.11.2023 20:36
300

(MGID): :
OXŞAR XƏBƏRLƏR