6668502531a56202406242453
Nazirlik Bakıda mühafizəçinin məktəblini döyməsi ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB - ANBAAN VİDEO

"İyunun 7-də paytaxtın Səbail rayonunda məktəblərdən birinin texniki işçisi ilə şagird arasında mübahisəni əks etdirən görüntülər araşdırılır".

Panarama.az bildirir ki, bunu Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib.

O qeyd edib ki, məktəbin işçisi Elşən Məmmədov polis orqanına dəvət olunaraq izahatı alınıb:

"E.Məmmədov öz izahatında bildirib ki, məktəbin idman zalının pəncərəsindən şagirdin çıxdığına görə mübahisə yaranıb. Valideyninin iştirakı ilə izahatı alınan 9-cu sinif şagirdi də idman zalının qapısının bağlı olduğundan pəncərədən çıxdığını təsdiqləyib.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir".


***14:07


Bakıda məktəbdə şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olunub.

Bu barədə Səbail rayonu 189-190 saylı orta məktəbdən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Vurğulanıb ki, məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib:

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".


***13:34

Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.

Panarama.az Teleqraf.com-a istinadən xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.

Baş verən hadisənin görüntülərini təqdim edirik:


11.06.2024 17:22
148

(MGID): :
OXŞAR XƏBƏRLƏR