66f6a74723bc3202409243831
“Nə halda olmalıyam ki?” - Xalq artistindən CAVAB - FOTOlar

Bəzi saytlarda Azərbaycanın Xalq artisti Zemfira Nərimanovanın şəkilləri yayılıb. Ailə məclisində keyfiyyətsiz halda çəkilmiş bu şəkilləri "Aktrisa tanınmaz halda" başlığı ilə yayıblar.

Panarama.az xəbər verir ki, lent.az-a açıqlama verən Xalq artisti Zemfira Nərimanova bildirib ki, belə şəkillərin yayılması onun kefini pozmur.

"Normal insanam. Nə halda olmalıyam ki? Makiyajsiz, plastik əməliyyatsız təbii halımdayam. Həmin gün salona da getməmişdim, özümü yüngül səliqəyə salmışdım. Şəkil avqustda çəkilib. Bu şəkillərlə kimsə özünü reklam edir. Bəlkə də kimsə paxıllıqla məni pis göstərməkçün şəkillərin üstündə oynayıb. Hər şeyə inanıram, edərlər bunu da. Bir də axı, mən indi 20 yaşımda deyiləm. Gənc qalmaq mümkün deyil, hamı dəyişir. Bəyəm siz dəyişməmisiniz?" - deyə Xalq artisti qeyd edib.

Aktrisa elə həmin gün çəkilmiş başqa bir fotosu ilə iddialara cavab verib. 65 yaşlı aktrisamız öz solmaz gözəlliyi ilə diqqət çəkib.

----------
11:44


Xalq artisti Zenfira Nərimanova uzun illər sonra üzə çıxıb.

Panarama.az titul.az-a istinadən xəbər verir ki, məşhur aktrisamız bir nişan mərasimində səbəbkarlara xeyir-dua verərkən kameraya tuş gəlib.

Yaşlanan Xalq artistinin tanınmaz dərəcədə dəyişdiyi diqqətdən qaçmayıb.

Bu da aktrisa Zenfira Nərimanovanın yeni halı:

27.09.2024 16:37
126

(MGID): :
OXŞAR XƏBƏRLƏR