Neftçalada balıqçı dənizdə ölüb.
Panarama.az "Lent.az"-a istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Neftçala rayonu 2-ci Mayak kəndinə düşən hissəsində qeydə alınıb. Müşfiq Baba oğlu Nuriyev saat 13 radələrində həmkəndlisi ilə adıçəkilən kəndə balıq ovuna gedib.
Axşam saat 20 radələrində geri qayıdarkən isə qəfil halı pisləşib və dənizin dayaz hissəsinə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.