METİLİZOTİYAZOLİNON, FENOKSİETANOL, İZOPROPIL, TRİKLOSAN, POLİETİLEN QLIKOL, ƏTİRLƏR
“Nəm salfetlərin hopdurma maddələrindən biri bakteriya və göbələklərin böyüməsinin qarşısını almaq üçün konservant kimi istifadə olunan metilizotiyazolinondur. Lakin bu maddə xüsusilə uşaqlarda və həssas dərili insanlarda allergik reaksiyalara, müntəzəm təmasda olduqda isə səpgilərə, kontakt dermatitlərə və digər dəri xəstəliklərinə səbəb olur”. Bu fikri rusilayı kimyaçı alim Andrey Doroxov deyib.
Salfetlərin tərkibində tez-tez rast gəlinən başqa bir maddə, fenoksietanoldur. Həm allergik reaksiyalara, dəri və göz qıcıqlanmasına səbəb ola bilər. Bəzi hallarda ekzema kimi ciddi dəri xəstəliklərin yaranmasını da təşviq edə bilər. Deyə alim qeyd edib.
Doroxov bildirib ki, nəm salfetlərin tərkibində konservantlardan başqa sağlamlıq üçün kifayət qədər ziyan olan spirtlər, məsələn, etil və ya izopropil var. Alim endokrin sistemimizə zərəri ilə tanınan triklosan kimi antimikrob maddəsinin də orqanızmə mənfi təsirindən bəhs edib.
Ekspert deyib ki, salfetlərin strukturunu və onların təmizləyici xüsusiyyətlərini yaxşılaşdırmaq üçün tərkibinə polietilen qlikol daxil edilir ki, bu da onları səthini toxunuş üçün xoş edir. Amma bu maddə, orqanizmin immun və reproduktiv sistemlərinə mənfi təsir göstərən və xərçəngə tutulma riskini artıran potensial zəhərli maddədir.
Bu məhsulların tərkinbinə qatılan ətirləndiricilər isə, xüsusən, körpələrdə allergik reaksiyalara səbəb ola bilər, deyə Andrey Doroxov vurğulayıb.