64d5fbe9273fa202308231417
Nikola Tesla – Dünyanın ən qəribə ixtiraçısı
1000-dən çox ixtirası ilə gələcəyi dəyişən məşhur serb ixtiraçı Nikola Tesla həm də qəribə adətləri və vərdişləri ilə tanınırdı. Gündə orta hesabla 15 km piyada gedən Tesla bunun beyinə və yaradıcılığa çox faydalı olduğunu düşünürdü!
O, hər gecə cəmi iki saat yatır və vaxtının çoxunu öz laboratoriyasında keçirirdi. Hətta bir dəfə Teslanın 84 saat, yəni 3,5 gün fasiləsiz olaraq işlədiyi qeyd olunur.

Nikola Tesla göyərçinləri həddən çox sevirdi və onlara xüsusi diqqət göstərirdi.

 Dahi alimin qəribəlikləri bununla bitmir. O, həmişə axşam eyni saatda və həmişə eyni restoranda tək yeyir, hər zaman eyni ofisiantın onun yeməyini gətirməsini istəyirdi.

Tesla həmçinin 3 rəqəmini də xüsusi və ilahi hesab edir, gündəlik həyat tərzində bu rəqəmdən geniş istiadə edirdi.

11.08.2023 13:12
677

(MGID): :
OXŞAR XƏBƏRLƏR