65d3b6401de82202402241248
Niyamdan Aynur haqqında ŞOK sözlər - “Duxun” çatırsa...”

Müğənni Niyam Salami hazırda küsülü olduğu həmkarı Aynur Dadaşova haqqında şok sözlər işlədib.

Panarama.az lent.az-a istinadən bildirir ki, o şou proqramlardan birində bildirib ki, Aynura gərəyindən artıq diqqət göstərdiyi üçün peşmandır və barışmaq niyyətində deyil. 

"İnsanlara qədərindən çox dəyər verirəm. Amma 10 qəpiklikdirsə, ona 20 qəpik xərcləməməlisən. 10 qəpiklik adama elə 10 qəpiklik dəyər verməlisən Sən Aynur, mənim qəlbimi qırmısan. Sənə olan münasibətimə xələl gətirmisən. "Duxun" çatırsa, sözünü efirdə deyə bilirsənsə, götür telefonu zəng et. Əgər buna da ürək etmirsənsə, gəl iş yerimə", - o bildirib.

Bir müddət öncə Aynur Dadaşova ilə Niyam Salaminin dostluq münasibəti o səviyyədə idi ki, onlar  hətta efirdə evlənəcəklərini bəyan etmişdilər. Bu bəlkə də göz önündə olmaq üçün atılmış addım idi.

Aynur Dadaşova Niyam Salaminin rəqibləri ilə iş birliyinə girindən sonra onların arasındakı dostluq düşmənçiliyə çevrilib.

20.02.2024 00:12
1906

(MGID): :
OXŞAR XƏBƏRLƏR