65d693a65eb32202402242158
Niyə bir yerə toxunanda bizi "tok"vurur? - Ekspert açıqladı
Son zamanlar sosial şəbəkələrdə daha çox insanlar görüşərkən qarşı tərəfdən yüngül elektrik cərəyanı aldıqlarını hiss etdikkərini bildirirlər. Bir çoxları bədənində elektrik axını olduğunu hiss etdikdə bundan qurtulmaq üçün əlinə açar alıb dəmirə vurur və sairə. Son vaxtlarda bu cür hallar kütləviləşib və mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub. Bəs görəsən nə üçün insanlarla və ya hansı əşya ilə təmasda bizi elektrik cərəyanı vurur? Bu vəziyyəti yaradan səbəb nədir?

Panarama.az E-saglam.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı AYSMED klinikasının nevroloqu Cəmil İbrahimov Moderator.az-a danışdı. 

"Son dönəmlərdə hamı bununla maraqlanır ki, niyə əlimizi nəyəsə vuranda "tok" keçirmə hissi baş verir. Bunu bilmək lazımdır ki, tamamən fizioloji bir prosesdir. Bu pataloji bir proses deyil. Yəni, hər hansı bir xəstəlik əlaməti heç deyil. Hər bir şəxsin özünün elektron toplama qabiliyyəti var. Elə adam var ki, onun bədəni elektriklənməyə meyllidir, elə adam da var ki, onun bədəni sintetik paltarlar geyinsə belə çox cüzi elektriklənmə yaradır. 

Elektriklənməni nə yaradır sualını versək, bu çeşidli səbəblərdən ola bilər. Daha çox bədəndə statik elektrik geyimlərdən, sintetika, xəz, yun kimi geyimlər bədəndə elektrik yığılmasına səbəb olur. Yəni statik elektrik insan bədəninə keçir və daha sonra o əlini hər hansı bir şeyə toxunduranda "tok" vurma hissi yaradır. Çünki, yığılmış enerji biz əlimizi toxundurduğumuz əşyaya, dəmirə və yaxud da ki, bir şəxsə ötürülür. 

Bəs bunun olmaması üçün nə etmək lazımdır? Bədənə təmas olunan hissələrə pambıq materialdan hazırlanmış geyimlərdən istifadə etmək lazımdı.

Bu suallara daha çox qış aylarında rast gəlinir. Çünki hamı daha çox sintetik, xəz paltarlardan istifadə edir və buna görə də qış aylarında daha çox elektriklənmə hadisəsi müşahidə olunur. 

Əgər ev şəraitində elekteiklənmə halı olursa, məsləhətdir ki, evin havası rütubətli olsun, evdəli əşyaları nəm dəsmalla silmək lazımdır və bununla yanaşı vaxtaşırı evi havasını dəyişmək məcburidir.

Bu elektriklənmə hadisəsi tam fizioloji hadisədir. Bəzən insanlar narahat olur ki, niyə məndə belə bir hal yaranır, görəsən hansısa xəstəlik əlamətidirmi və sair daçıyıcı sıyammı?".

22.02.2024 04:13
1909

(MGID): :
OXŞAR XƏBƏRLƏR