Müğənni Nura Suri sosial şəbəkədə onun haqqında təhqiramiz status yazmış şəxs barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
Panarama.az Gundem.az-a istinadən bildirir ki, xəbər verir ki, müğənninin şikayətinə baxılıb və lazımi tədbirlərin görüləcəyi bildirilib.
Bu barədə o özü məlumat paylaşıb."Həmin şəxs tapıldı, haqqında qanunla tədbir görüləcək. DİN-ə və Bakı şəhər Baş Polis İdarəsinə minnətdaram" - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, klaviatura qabağında oturub onu təhqir edən hər kəsin bir gün qapısı mütləq polis tərəfindən döyüləcək.