Bəstəkar-müğənni Murad Arifin yutub layihəsi olan “Popumuz var”ın növbəti qonağı müğənni Elnarə Xəlilova olub.
Panarama.az 7Times.az-a istinadən xəbər verir ki, Murad Arifin fəxri adların verilməsi ilə bağlı sualına Elnarənin cavabı müzakirələrə səbəb olub.
“Bəlkə də mənim fəxri adım gecikir. Mən utanaram o fəxri adı götürməyə. Çünki məndən böyüklər var. Mən onlar üçün istəyirəm”, – ulduz qeyd edib.