"Mən efir adamıyam. 28 ildir Azərbaycan mediasına, dövlətinə, xalqına, millətinə alnıaçıq, üzüağ xidmət edən jurnalistəm, aparıcıyam. Televiziya aparıcısı əlbəttə ki, televiziyada olmalıdır. Nəhayət ki, mən də qayıtdım"
Panarama.az xəbər verir ki, bunu Moderator.az -a açıqlamasında tanınmış teleaparıcı Aytən Səfərova deyib.
O daha sonra bildirib ki, baş verən avtomobil qəzasında o, günahkar deyil.
"İşimlə bağlı istintaq hələ ki, davam edir. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələdə obyektiv qərar çıxaracağına inanıram. Kadrlar var. Kadrlarda da hər şey görünür. Allah qoysa, o kadrlar ictimailəşəndə hamı görəcək, deyəcək və biləcək ki, mənim orada heç bir günahım yoxdur" deyə aparıcı bildirib.
Aytən Səfərova övladlarından da danışıb.
"Balaca oğlun Nizami 1-ci sinfə getdi. Ortancıl oğlum artıq 4-cü sinif şagirdidir. Qızım da 2-ci kurs tələbəsidir. Gələcəyin psixoloqudur. Kliniki psixologiya ixtisasında təhsil alır. Gələcəkdə Azərbaycanda hüquq-mühafizə orqanlarında psixoloq kimi çalışmaq istəyir. İnşallah, təki elə də olsun. 4-cü sinifdə oxuyan oğlum polis olmaq istəyir. Mən elə bilirdim ki, bu sadəcə bir həvəsdir, görürəm ki, yox israrlıdır. Balaca oğlum da hələ heç bilmir məktəb nədir?" deyə aparıcı bildirib.