66d0e5d1eda8e202408241913
Ofeliya Sənani vəsiyyət etdi: "Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanıdır"

"Mən hər zaman sənətimi sevmişəm. Heç vaxt sənətimi kiminsə gözündən salmağa çalışmamışam. Mənə o qədər təkliflər gəldi ki, gəl bu sənətdən əl çək. Amma bir an olsun belə sənətimdən uzaqlaşmadım. Bizsiz dublyaj olmurdu. Adil İsgəndərov o vaxt kinostudiyanın rəhbəri olanda məni dəvət etdi. Qarşısında kino lentləri var idi. Dedi ki, qızım, bu lentləri görürsən? Bunlar 100 illərlə yaşayacaq. Amma televiziyada danışırsan, gedir, tarixdə qalmır. Dedi ki, gəl kinostudiyaya, maaşını da sənə artıq verək, bizdə çalış, dublyajda da işlə, filmlərə də çəkil. Deyirdi ki, heyifsən, amma getmədim, televiziya mənim üçün doğma olub".

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib. O daha sonra əlavə edib:

"Aparıcı verilişini öz övladı, doğması bilməlidir. Bu vacibdir. Bunu bilməyən aparıcı, əlbəttə ki, sabah tamaşaçısına hörmət etməyəcək. Bəzən görüb əsəbiləşirəm. Özlərinə hörmət etmirlərsə, tamaşaçıya hörmət etsinlər. Dayana bilmirəm, zəng edib tövsiyələrimi verirəm. Eşidən eşidir, eşitməyən də eşitmir. Geyimlərini bilmirlər, aksesuarlarını bilmirlər, bəzənib-düzənməklərini bilmirlər. Biz hörmət qazanmışıq. Onlar da çalışsınlar hörmət qazansınlar".

Səhhətinə görə müalicə alan sənətkar övladlarına vəsiyyət etdiyini də deyib:

"Mən Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanındadır. Valid Novxanıda dəfn olunub. Kim məni ziyarət etmək istəsə, ora gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda?! Elə şey olar?! Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər. Evimi dəyişdim, Valid yuxuma girdi. Dedi ki, səndən gözləməzdim. Mənim o evimdən heyf! Çox qonaqpərvər, qapısı açıq ev idi. Elə bil ki, ev özü dəvət edirdi hər kəsi".

30.08.2024 01:08
360

(MGID): :
OXŞAR XƏBƏRLƏR