Tanınmış aktyor Elməddin Cəfərov ATV kanalından yayımlanan “Rəngarəng səhər “verilişinin qonağı olub.
Panarama.az Metbuat.az-a istinadən xəbər verir ki, aktyor efirdə maraqlı etirafları ilə diqqət çəkib. Oğlunun xaricdə təhsil aldığını ifadə edən Elməddin övladları ilə dost kimi olduğunu ifadə edib. O oğlunun seçimlərinə müdaxilə etmədiyini desə də, ailə quracağı xanımın profil məsələsində mövqeyinin olduğunu bildirib.
Aparıcı “Oğlunuzun müğənni qızı ilə evlənməsinə razı olarsınız? Məsəl üçün deyirəm oğlunuz gəlib deyir ki, Rəqsanə xanımın qızı Aysunu sevirəm onunla evlənmək istəyirəm. İcazə verərsən?” deyə sual edib. Elməddin isə “Yox” deyə cavab verib.