Qəribə hadisə Belçikada baş verib.
Panarama.az Lent.az-a istinadən xəbər verir ki, oğurluğa girən şəxs mağaza sahibinin mal boşaltdığını görərək çox da əziyyət çəkmir. O, mağaza sahibinin piştaxtanın üstündə qoyduğu bank kartını götürür və gedir.
Bir neçə gün sonra o, eyni mağazadan alver etdikdə vəziyyət dəyişir. mağaza sahibi öz kartını tanıyaraq polisə xəbər verir və oğru ələ keçir. Onun həm də Belçikada qanunsuz yaşadığı üzə çıxır.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilir.