64de22c45f0c0202308233812
Oksana ARB ilə razılaşdı - Fotolar
Rəqqasə-aktrisa Oksana Rəsulovanın sahibi olduğu "OksiMedia" şirkəti yeni serial çəkir. 

Panarama.az Axşam.az-a istinadən  xəbər verir ki, "Sara" adlanan ekran işinin ssenari müəllifi İlqar Fəhmidir. Bir müddətdir çəkilişləri başlayan serialda Oksana ilə yanaşı Xalq artisti Valeh Kərimov, aktyor Ziya Ağa və başqaları rol alır. 

Serialın yaradıcı qrupunu Azərbaycan, Pakistan və Birləşmiş Ərəb Əmirliklərindən olan heyyət təşkil edir.

Oksana serialının yayımlanması üçün ARB telekanalı ilə razılaşıb. Ekran işi yeni mövsümdən sözügedən kanalda tamaşaçıların qarşısına çıxacaq. 

Qeyd edək ki, Oksana hazırda "Xəzər TV"də aparıcı kimi efirə çıxır.


17.08.2023 17:35
577

(MGID): :
OXŞAR XƏBƏRLƏR