ABŞ tərəfindən Türkiyəyə ekstradisiya olunduğu xəbəri təkzib edilən FETÖ lideri Fətullah Gülənin son fotosu ortaya çıxıb. Terror təşkilatının internet saytında yayımlanan fotoda Gülənin stulda əyləşdiyi və yorğan geyindiyi görülüb. FETÖ liderinin tükənməsi diqqətdən yayınmasa da, yayımlanan foto Gülənin xəstəliyinin irəlilədiyi iddialarını da gücləndirib.
News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəyə ekstradisiya edildiyi iddiaları təhlükəsizlik mənbələri tərəfindən təkzib edilən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin yeni fotosu ortaya çıxıb.
ABŞ-ın FETÖ lideri Fətullah Güləni Türkiyəyə təhvil verdiyi və onun təyyarəsinin Türkiyəyə doğru getdiyi iddia edilib. Təhlükəsizlik mənbələri gündəmə bomba kimi düşən iddianı təkzib edərək xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb.
Qeyd edək ki, Türkiyənin tanınmış ilahiyyatçı alimi Cevat Akşit Fətullah Gülənin ölüm xəbərini təsdiqləmiş və belə şərh vermişdi:
“Əgər Fətullah Gülən ölməsəydi, polislərimiz onu həbs edib Türkiyəyə gətirəcəkdi”.