65ba388760200202401240943
Ölən insanın geyimlərini istifadə etmək olar? - "Çox təhlükəlidir, çünki..." + AÇIQLAMA

İnsanların bir çoxu, doğmaları həyatını itirdikdən sonra, onların geyimlərini ya saxlayır və yaxud istifadə edirlər.

 

Bəs ölən insanın geyimlərindən istifadə etmək düzgündür?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan bioenergetika üzrə mütəxəssis Nazlı Çələbi bildirib ki, başqalarının paltarını geyinmək çox təhlükəlidir.

“Əsasən, ölü insanların geyimlərini geyinmək tövsiyə edilmir. Ölü insanların geyimləri sahibi haqda məlumatları özündə saxlayır. Həmin geyimlər yeni sahibinə həm enerji baxımından, həm də sağlamlıq baxımından mənfi təsir edir. Həmçinin, həmin ölən şəxsdə olan hər hansısa bir xəstəlik geyim vasitəsilə keçə bilər. Bu cür geyimləri güclü kimyəvi maddələrlə təmizləmək də sağlamlığımıza ziyan vura bilər. Hər bir geyim, üzərində sahibinin enerjisini saxlayır. Bu enerjinin sahibi öldüyü zaman isə geyimlər yalnız mənfi enerjiylə yüklənmiş olurlar”.

 

Mütəxəssis qeyd edib ki, geyimlərdən əlavə başqasının ayaqqabısını da geyinmək çox təhlükəlidir.

31.01.2024 16:06
8821

(MGID): :
OXŞAR XƏBƏRLƏR