652aa627dd4a9202310233103
Ölən rəfiqəsinin bankdakı 800 000-ni oğurladı...

Sevastopolda qadın mərhum dostunun kartından 800 min rubl (təxminən 13 min 920 manat) xərcləyib. 

Panarama.az Lent.az-a istinadən bildirir ki,  Rusiya teleqram kanallarında verilən məlumata görə, qadın xəstəxanadan dostunun əşyalarını götürəndə plastik kartı ələ keçirib.

İrina adlı həmin qadın mərhumun xalatının cibində kredit kartına rast gəlib və rəfiqəsinin artıq pula ehtiyacı olmadığı üçün onu götürə biləcəyini düşünüb. O, bir neçə dəfə 100 min rubl (təxminən 1740 manat) nağd pul çıxarıb və mağazalarda xərcləyib. Lakin kart ölən qadının bacıları tərəfindən bağlanıb.

Mərhumun qohumları kartdakı pulu çıxarmaq istəyəndə bank hesabındakı xeyli miqdarda pulun yoxa çıxdığını biliblər. İrina əvvəlcə bunu inkar etsə də, sonradan günahını etiraf edib.

Məhkəmə pulun qaytarılmasına qərar verib və oğrunu 1 il yarım şərti cəzaya məhkum edib.

14.10.2023 18:30
525

(MGID): :
OXŞAR XƏBƏRLƏR