Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.
Referans.az bildirir ki, qəza şosenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı maşını idarə edən Səddrəddinbəyov Ülvi Məhəmməd oğlu sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb.
Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin Ekologiya postu istiqamətində tıxac yaranıb.
Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib. Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayon şöbəsinə yerləşdirilib./referans.az