Parazitlərin bədənə daxil olduğunu başa düşmək asan deyil, çünki onların varlığını göstərən heç bir xüsusi əlamət yoxdur. Müşayiət edən simptomlara diqqət yetirərək, parazitar infeksiyadan şübhələnə bilərsiniz. Çox vaxt insan heç bir səbəb olmadan çox özünü yorğun hiss etməyə başlayır, həmçinin əvvəllər görünməyən allergik reaksiyalar özünü göstərə bilər.
Panarama.az. Publika.az-a istinadən xəbər verir ki, bu sözləri terapevt Olqa Malinovskaya deyib. Bu halda temperaturun da 37-dən bir qədər yuxarı olduğunu bildirən mütəxəssis sözlərinə belə davam edib:
"Çox vaxt vəziyyətin pisləşməsi yaxşılaşması ilə əvəz olunur. Bu, parazitlərin tsiklik çoxalması ilə əlaqədardır. Bundan əlavə, həzm sistemində problemlər ola bilər - ishal, qarın ağrısı, ürəkbulanma və qusma, iştahsızlıq və arıqlamaq və.s. Həmçinin orqanizmdə parazitlərin olması hemoqlobin və qırmızı qan hüceyrələrinin azalmasına səbəb olur", - həkim əlavə edib.