64e67d0da5627202308234133
Otel otağında öldürülən həkimlə bağlı YENİ XƏBƏR - Yanındakı əcnəbi qadın görün kim imiş (FOTO)

İstanbulun Avcılar adlanan ərazində bir otel otağında öldürülən həkimlə bağlı yeni məlumatlar yayıb.

Panarama.az 32gun.az-a istinadən bildirir ki, Türkiyə KİV-də verilən məlumata görə, həkim İbrahim Karahanın qətli ilə əlaqədar saxlanılan 2 şübhəli həbs olunub.

Hadisə ilə bağlı məlumatda qeyd edilib ki, qan donduran vəhşilik dünən axşam saatlarında Avcılar Universiteti səmtindəki bir oteldə baş verib.

Op.Dr. İbrahim Karahanın oteldə xarici vətəndaş olduğu bildirilən bir qadınla qaldığı qeyd edilib. 

Qadını tanıdığı iddia edilən A.A.K adlı şəxs İbrahim Karahanın qaldığı otağına daxil olub.

Həkimlə şəxs arasında hələ məlum olmayan səbəblərdən mübahisə yaranıb. Mübahisə davaya çevriləndə şübhəli şəxs özü ilə gətirdiyi silahla həkimə atəş açıb. Daha sonra şübhəli şəxs D.B adlı əcnəbi qadınla kirayə götürdüyü avtomobillə hadisə yerindən qaçıb. 

Otel işçilərinin xəbəri ilə hadisə yerinə polis və tibb qrupları sövq edilib. Səhiyyə əməkdaşları həkim Karahanı xəstəxanaya aparıb. Karahan müdaxiləyə baxmayaraq həyatını itirib. Polis əməkdaşalrı qaçan şübhəliləri tutmaq üçün iş başladıb. Təhlükəsizlik kamerasını araşdıran polis şübhəli A.A.K-nın qaçdığı avtomobilin dövlət nömrə nişanını müəyyən edib. Nəqliyyat vasitəsinin icarəyə verildiyi anlaşılınca, izləmə sistemi vasitəsilə yeri izlənilib. Polislər şübhəli A.A.K. və qadın D.B.-nini taparaq saxlayıb. 

Bu arada hadisə ilə bağlı istintaq davam edir.


24.08.2023 01:40
310

(MGID): :
OXŞAR XƏBƏRLƏR