
“-ov”, “-yev” sonluqlu soyadlar dəyişdiriləcək?
Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə “-ov”, “-yev” kimi sovet dövründən qalan sonluqların dəyişdirilməsi dəstəklənir. Bəs soyadların milliləşməsi məcburi ola bilər?
Panarama.az bildirir ki, Millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, soyadların milliləşməsi ilə bağlı qanun qəbul olunub və onun müddəalarına əməl edilməlidir:
“Qanuna əsasən, vətəndaşların soyadlarını dəyişmək hüququ var. Ancaq soyad dəyişməsi insanlara məcburi şəkildə tətbiq olunmamalıdır. Bu, şəxsi seçimdir. İnsanların sənədləri, digər hüquqi məsələləri var və bu prosesə məcburən cəlb olunmalarının heç bir məntiqi yoxdur”.
F.Mustafanın fikrincə, insanlar milli soyadlara maarifləndirmə yolu ilə yönəlməlidirlər.