653fd78709cd3202310231919
Özcan Denizin marşı oxumamağı ETİRAZLARA SƏBƏB OLDU - VİDEO

Oktyabrın 28-də Kiprdə səhnəyə çıxan müğənni Özcan Deniz konsertində Türkiyə Cumhuriyyətinin 100 illiyi münsibətilə marş oxumamsı etirazlara səbəb olub.

 

Panarama.az xəbər verir ki, məkanda olan tamaşaçılar çəngəl-qaşıqla masalara vuraraq Özcana etiraz ediblər.

 

İfaçı mahnını oxumamasının səbəbini təşkilatı ilə aralarında yaranan fikir ayrılığı ilə əlaqələndirib:

 "Oktyabrın 28-də olduğum səhnədə Cumhuriyyətimizin 100-cü il dönümünü qeyd etməməyimlə bağlı yayılan xəbərlər cəfəngiyyat və yalandır. 

Oktyabrın 30-da çəkilişlərim başlayır deyə bu konserti yenə də təxirə salmadım. Ömrümdə bir daha Cumhuriyyətimizin 100 illiyini yaşamayacam. Konsertdən bəzi kadrlar yayımlanmayıb. Lakin orada bəzi tamaşaçılar mənim 100 illiyi qeyd etdiyim kadrları çəkmişdi. Marşı oxumamağım isə təşkilatçı ilə aramızda yaranan problemlə bağlı oldu"./BAKU.WS



30.10.2023 20:18
298

(MGID): :
OXŞAR XƏBƏRLƏR