Sumqayıtda qazi intihar edib.
Panarama.az Lent.az-ın xəbər verir ki, hadisə avqustun 15-də Corat qəsəbəsində baş verib.
Orada yaşayan, 2002-ci il təvəllüdlü Şıxəliyev Ayxan Anar oğlu yaşadığı evin həyətində üzrərinə benzin tökərək özünü yandırıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
A. Şıxəliyev bu gün xəstəxanada ölüb.
Məlumata görə, A. Şıxəliyev Vətən müharibəsinin qazisidir.
Onun kredit borcuna görə özünə qəsd etdiyi bildirilir.
Fakt araşdırılır.