66063918d9925202403244424
Parasetamol qaraciyəri dağıdır?
Qızdırmasalıcı parasetamolu düzgün istifadə etmədikdə, qaraciyər hüceyrələrinin məhvi baş verir.

“Medicina” xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux orqanizm üçün bu dərmanın təhlükəsindən danışıb.

“Tövsiyə olunan dozanı və aradakı fasiləni aşdıqda, qaraciyərə toksiki təsir göstərir.

Preparat qanda parçalananda toksik metobolit ayrılır. Uyğun dozada olduqda qaraciyər bu toksik maddəni həll edə bilir və orqanizmdən rahat çıxarır.
Yüksək dozada isə xüsusilə zədəli və piylənmiş qaraciyər üçün bu mübarizə ağır keçir.

Nəticədə zəhərləyici maddənin təsirindən hüceyrələr zədələnir.
Parasetamol qəbulunda təlimata və reseptə dəqiq əməl etmək lazımdır.
Dərman dozasının aşılmasının simptomları:
- Ürəkbulanma,qusma
- Qarında ağrı
- Böyrəklərdə ağrı
- Bulanıq sidik
- Dərinin avazıaması
- Gözlərin saralması
- Halsızlıq
29.03.2024 07:43
388

(MGID): :
OXŞAR XƏBƏRLƏR