67038bbc1f92d202410242028
Paraşütlə uçarkən dünyasını dəyişən şəxs tanınmış həkim imiş – VİDEO

Ötən gün saat 16.00 radələrində 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb. 

Panarama.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Şamo Mehdiyev tanınmış stomatoloq olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda FACİƏ: Paraşütçü yerə çırpılaraq HƏLAK OLDU


Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş. 

Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.


07.10.2024 11:19
311

(MGID): :
OXŞAR XƏBƏRLƏR