64f34e6b3d4c2202309230203
Paşinyan Azərbaycana müharibə elan etdi - VİDEO

1991-ci il sentyabrın 2-də separatçı rejim qondarma “DQR”in elan edilməsi ilə bağlı “bəyannamə” qəbul edib. Lakin dünyanın heç bir dövləti, erməni diasporunun və ermənipərəst siyasətçilərin bütün cəhdlərinə baxmayaraq, ötən illər ərzində Qarabağı müstəqil respublika kimi tanımayıb.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

Qeyd olunur ki, 2020-ci ilin payızında Azərbaycan ordusu “Miatsum” çılğınlığına son qoyub.

“Paşinyan Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü (86,6 min kvadrat kilometr) ictimai şəkildə tanısa da, məsələ quru sözdən o yana keçmədi. Nikol Bakı ilə sülh müqaviləsi imzalamağa özündə cəsarət tapmadı. Üstəlik, son aylar İrəvan tərəfindən sərhəd bölgəsində vəziyyətin gərginləşməsi müşahidə olunur. Azərbaycan ərazilərinin atəşə tutulması və təxribat cəhdləri artıq müntəzəm xarakter alıb. Bu isə o deməkdir ki, İrəvan əvvəlki razılaşmalardan geri çəkilmək kursunu götürüb”, - deyə videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:(oxu.az)


02.09.2023 18:59
502

(MGID): :
OXŞAR XƏBƏRLƏR