651266af2dcd3202309230551
Paşinyana 10 gün vaxt verildi

Ermənistanda müxalifət liderləri baş nazir Nikol Paşinyana istefa üçün oktyabrın 5-dək vaxt veriblər.

Bu barədə İrəvanda hökumət evi qarşısında keçirilən etiraz aksiyası zamanı bildirilib.

“Biz bütün qüvvələrimizi birləşdirməliyik ki, oktyabrın 5-nə qədər Paşinyan istefaya göndərilsin. Heç kim bilmir ki, o, Ermənistan üçün daha hansı qanlı sənədləri imzalamağa hazırlaşır. Biz buna imkan verməməliyik”, – hərəkatın liderlərindən olan Andranik Tevanyan bəyan edib.

Sentyabrın 26-da etiraz aksiyasının davam etdiriləcəyi razılaşdırılıb.

26.09.2023 09:05
350

(MGID): :
OXŞAR XƏBƏRLƏR