66308d73b776f202404241931
Paytaxtda 2 nəfər özünü binadan atdı

Bakıda iki intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisələrdən biri Nərimanov rayonu F.X.Xoyski küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədəki 16 mərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü 11-ci mərtəbədən atıb. Özünü yaşadığı mənzilin mətbəxindən atan 37 yaşlı kişi hadisə yerində ölüb.

Oxşar hadisə Nizami rayonu Q.Qarayev prospektində də baş verib. 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindəki mənzildən atıb. O, hadisə yerində dünyasını dəyişib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

30.04.2024 10:15
755

(MGID): :
OXŞAR XƏBƏRLƏR