66d6a907b7d24202409241327
Paytaxtda ŞOK HADİSƏ: Yaşayış evlərini daşlayıb, sakinləri qorxudurlar... VİDEO

Paytaxtın Sabunçu rayonunda sakinlər qəribə və xoşagəlməz hadisə ilə qarşılaşıblar. 

Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, sakinlər iddia edir ki, gecələr naməlum şəxslər "Gülçülük massivi"ndə yaşayan sakinlərin evlərinin damlarını daşlayırlar və mənzillərin qapılarını döyüb qaçırlar. 

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. 

Yaranmış vəziyyət sakinlərdə qorxu və təşviş yaradıb. Onlar atılan daşlar onlara dəyər deyə gecə saatlarında küçəyə çıxa bilmirlər. 

Massivdə yaşayanlar xoşagəlməz halla bağlı polisə müraciət etdiklərini, lakin problemin həllini tapmadığını bildiriblər. DİN-dən BAKU.WS-ə verilən məlumata görə, hadisə haqqında məlumatlıdırlar. Araşdırılaraq, əlavə məlumat veriləcək. 

Panarama.az sözügedən ərazidən görüntülər təqdim edir:


03.09.2024 10:11
160

(MGID): :
OXŞAR XƏBƏRLƏR