656c2062d0f93202312232954
Pediatrdan aparıcıya SƏRT SÖZLƏR: "Ölən uşaqların günahı sizin boynunuza yazılır"

"Elə hər kəs ağlına gələni danışıb, camaatı çaşdırsın, sonra da kiminsə balası ölsün? Niyə tədbir görülmür?"

Panarama.az Milli.Az-a istinadən bildirir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə teleaparıcı Aytən Səfərovanın "Xəbər ertəsi" proqramında vaksinlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Pediatr aparıcının fikirlərinin tamamilə yanlış olduğunu deyib:

"Mən də öz iki övladıma poliklinkada Hindistan peyvəndi dediyiniz peyvəndi etdirmişəm. Hindistan peyvəndi isə zəncəfil və darçın deyil, Ümumdünya Səhiyyə Təşkilatının dediyidir.

Anam 30 ildən çox bu peyvəndləmə sahəsində epidemioloq həkim işləyib. Ölkədə peyvəndləmə səbəbindən nə epidemiya olub, nə başqa xəstəliklər. Əgər peyvəndlər pis olsaydı onların qoruduğu xəstəliklər yayılardı. Əksinə, xəstəliklər peyvəndsizlik hesabına yayılır. Hər ölən, fəsad qazanan uşağın günahı bu cür peyvənd pisləyənlərin boynuna yazılır.

Aytən Səfərova bilmir ki, ölkəmizdə peyvəndləmə məcburi deyil, könüllüdür. Onun kimilərinin hesabınadır ki, ölkədə qızılcadan ölən uşaqlar var".

Qeyd edək ki, teleaparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib ki, Azərbaycanda uşaqlara Hindistan və Belçika istehsalı vaksinlər vurulur:

"Belçika Avropadadır və orada uşaqlara vaksin vurulması məcburi deyil. Hətta 2012-ci ildə car çəkdilər ki, məcburidir, sonra nə baş verdisə, sirdir. Dedilər ki, könüllüdür, istəsəniz, vurdurun, istəsəniz, yox. Seçimi valideynlərin ixtiyarına buraxdılar. Bizdə isə deyirlər, məcburidir, vurdurmalısınız. 

Hindistana gəlincə... Ölkəmə, balalarıma qarşı Ermənistanı silahlandıran Hindistandan niyə vaksin alıb uşağıma vurdurum? İndi kimsə deyə bilər ki, Hindistanın vaksinlərindən Avropada istifadə edilir. Amma həmin vaksinlər Niderlanddakı zavodda Avropa standartlarına uyğun istehsal edilir. Bizdə isə alternativ yoxdur. Niyə bizdə məcburi vaksinasiya hökm sürür?"

03.12.2023 10:28
8252

(MGID): :
OXŞAR XƏBƏRLƏR