Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına təhqir yazan psixoloqun fotolarını yayımlayaraq, ona cavab verib.
Panarama.az xəbər verir ki, sənətçi Adilə adlı həkim-psixoloqun bütün onunla bağlı paylaşımlarda qeyri-etik ifadələr yazdığını vurğulayıb. Pərvin bunları yazaraq, həmin şəxsin ondan üzr istəməsini tələb edib:
"Sosial şəbəkələrdə haqqımda təhqir dolu ifadələr səsləndirir, şərhlər yazır. Onun özü, nəsli məndən üzr istəməyincə, şəkillərini profilimdə paylaşacağam. Özünə həkim-psixoloq deyən bu qadın haqqımda paylaşılan xəbərlərə ləyaqətsiz sözlər yazır. Özünüzün, uşaqlarınızın psixologiyasını korlamaq istəmirsinizsə, onun yanına getməyin. Yoxsa, sizi də öz gününə qoyacaq. Sənin günün qara oldu".
Pərvin daha sonra həmin qadının ona yazdığı mesajları yayımlayıb. Mesajda psixoloq Pərvinə "Səndən qorxan sənin kimi olsun. Hər gün paylaş. Cəsarətin var idi mesajları saxlayardın. Bir az çox paylaş, bayaqdan izləyici sayım artır. Xəyyalarını suya düşürəcəyəm, amma mən heç Azərbaycanda fəaliyyət göstərmirəm. Gəl, bir az da Kanadada paylaş, bəlkə artar" cavabını verib.
Pərvin isə ona "Gör, kimlərin əlində qalmışam. Bir sən qalmışdın məndən reklam qazanan. Şərait yaradır, təhqir edir ki, mən onu paylaşım, söyüm və reklam edim. Al sənə reklam. Amma əmin ol ki, bu yaxşı reklam deyil" rekasiyasını verib.