Türkiyəli müğənni Petek Dinçöz məşhur Azərbaycan mahnısı "Yandırdı qəlbimi"ni oxuyub.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, ifaçı mahnıya klip də çəkdirib. Dayanmadan yaradıcılığında yeniliklər edən Dinçöz ekran işi üçün xüsusi hazırlıq görüb.
Türkiyənin “Diva”sı Bülent Ersoy Dinçözə Londondan aldığı 15 min funt-sterlinqlik corabları verib.
Ersoy həmçinin klipdə istifadə etməsi üçün xüsusi hazırlanmış və dəyəri 1 milyon TL-ni keçən "Harem" kolleksiyasını Petek Dinçözə təqdim edib. Klipin rejissoru Erkan Nasdır.
Qeyd edək ki, bəstənin müəllifi Novruz Feyzullayevdir.