64e6d2c9ba6e2202308234721
Pinqvinə general rütbəsi verildi

General-mayor ser III Nils Ulaf dünyada və hətta ola bilsin ki, bütün kainatda ən yüksək mövqe tutan pinqvin olub.

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, Norveç qvardiyasının talismanı ser III Nils Ulafa Norveç Kral qvardiyasının general-mayoru rütbəsi verilib.

Bu münasibətlə 160-a yaxın uniformalı hərbçi təntənəli mərasimdə iştirak etmək və kral pinqvinə layiqli münasibət bildirmək üçün Şotlandiya zooparkını ziyarət ediblər.

1961-ci ildə Norveç Kral qvardiyası Edinburqda hərbi orkestrlər paradında olub, burada nümunəvi çıxışlarda iştirak edib. Edinburq zooparkındakı pinqvinlər koloniyası leytenant Nils Eqeliyendə maraq doğurub. Zabitə elə gəlib ki, onun bölməsinin yürüşü təəccüblü şəkildə qara və ağ quşun yerişinə bənzəyir.

Qvardiyaçılar 1972-ci ildə yenidən Edinburqa qayıdanda leytenantın fəal köməyi ilə pinqvinlərdən biri “alayın oğlu”na çevrilib. Ona Nils Ulaf adı (Norveç kralı V Ulafın şərəfinə) verilib.

Nils Ulafa yefreytor rütbəsi verilib. Kral qvardiyasının Edinburqdakı hərbi orkestrlər paradına hər səfərində onun rütbəsi artırılıb.

Bundan başqa, mərasim qoşunları hər il ona balıq və milad açıqcaları göndərirdi.

Çox düşünülmüş şəkildə təşkil olunan paraddan sonra ser Nils Ulaf xüsusi mərasimdə yeni fərqlənmə nişanları ilə təltif edilib.

“Mən general-mayor rütbəsinin verilməsi münasibəti ilə III Nils Ulafı təbrik etməkdən çox məmnunam”, - deyə Edinburq Kral hərbi orkestrlər paradının baş əməliyyat direktoru Ceyson Barret, Norveç Əlahəzrət Kral qvardiyasının nümayiş etdirdiyi “zəngin tarix, ləyaqət və ənənələri” yüksək qiymətləndirərək bildirib.

1972-ci ildə onun sələfi - talisman, 1982-ci ildə - kapral, 1987-ci ildə isə - serjant olub. Lakin bu rütbəni aldıqdan qısa müddət sonra Nils Ulaf ölüb və onun yerini əvvəlcə alay serjantı, sonra fəxri alay serjantı, 2005-ci ildə isə fəxri komandir rütbələrini alan II Nils Ulaf tutdu.

2008-ci ildə III Nils Ulaf Norveç Kralı V Haraldın şəxsi təsdiqi ilə cəngavər, 2016-cı ildə isə briqada generalı olub.

“Yaxşı davranışı və Edinburq zooparkının pinqvinlərinin qalan hissəsi üçün əla nümunə olduğu üçün onun bu ilin avqust ayında rütbədə yüksəlməsi qvardiyanın talismanı karyerasında mühüm bir mərhələdir”, - deyə Norveç kralı Əlahəzrət qvardiyasının orkestri və zərbəçi qrupundan olan baş serjant Fredrik Qresset qeyd edib.

İlk kral pinqvini 1913-cü ildə Edinburq zooparkının açılışı zamanı zooparka norveçli gəmiçi maqnat tərəfindən hədiyyə edilib.

Şotlandiya Kral Zooloji Cəmiyyətinin icraçı direktoru Devid Fild keçirilmiş mərasimi “Şotlandiya və Norveç arasında davam edən sıx əməkdaşlığın çox qürurlu anı və əksi” adlandırıb.

Zabit Nils Eqeliyen 2020-ci il dekabr ayının 11-də 87 yaşında vəfat edib.

24.08.2023 07:45
237

(MGID): :
OXŞAR XƏBƏRLƏR