64d887dc3816e202308233556
Pişiklər haqqında bilmədiklərimiz

1.Bir pişiyi əzizləməyin  insanda qan təzyiqini aşağı salması  elmi olaraq sübut  edilmişdir.Yüksək qan təzyiqi xəstələri pişik saxlaya bilər. 

2. Bir pişik digər bir pişiyə heç miyoldamaz. Bu səs pişiklərin insanlara ayırdıqları bir xitabdır. 

3. Təxminən bir pişiyin həyatının 30 %-i tumarlanmaqla keçər.

4. Pişiklərin eşitməsi itlərdən və insanlardan da güclüdür.

5. Qaranlıqda insandan 6 dəfə artıq görə bilirlər. 

6. Hər 3 Amerikalıdan biri pişik saxlayır.

8. Pişiklər elektrik xətləri və kabellərlə oynamağı sevir.  Amma bu onlar üçün təhlükəli ola bilər. Ona görə evdə elektrik əşyalarını pişikdən uzaqda  saxlayın.

9. Pişiklərin bığları ətrafdakı hərəkətlərə qarşı çox həssasdır. Ani bir hərəkət bığları tərəfindən hiss edilir.

7. Bir pişiyin quyruğunun 1 sm-də 12 min tük var.

 10.Bir bala pişiyin sağlam olması üçün ən azı 3 ay anası ilə qalması lazımdır. 

 11.Evdə yaşayan pişiklər  ev əşyalarının və öz əşyalarının (su, yemək qablarının, tualetlerinin) yerlərinin dəyişdirilməsini heç xoşlamazlar.

 12.Pişiklər, xüsusilə də bala pişiklər oyun oynamağı çox sevirlər.

13.Pişiklər qadınlarla daha yaxşı yola gedir,

 çünki qadınların səsi daha incədir. 

 14.Orta hesabla 15-16 il yaşayırlar.

15.Normal bir ev pişiyi saatda 49.6 km qaça bilir. 

16.Öz hündürlüyündən 5 dəfə yüksəyə sıçraya bilir.


13.08.2023 11:29
1494

(MGID): :
OXŞAR XƏBƏRLƏR