64db707969bb0202308233257
Polis Yasamalda 25 nəfəri SAXLADI-VİDEO
Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb.

Panarama.az  News24.az-a istinadən  xəbər verir ki, həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır. 

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.


15.08.2023 16:30
151

(MGID): :
OXŞAR XƏBƏRLƏR