Premyer Liqanın ikinci turu çərçivəsində "Araz Naxçıvan" "Qəbələ"ni qəbul edir.
"Dalğa Arena"da nominal meydan sahibi funksiyasını daşıyan "kiçik torpaq" təmsilçisini 100-dən artıq azarkeş qələbəyə səsləyir.
Eyni tribunada qərarlaşan azarkeşlərin bir qrupu sıravi insanlardan təşkil olunubsa, digər qrup mühafizə şirkətinin əməkdaşlarıdır.
Xidməti formada olan mühafizəçilər digər azarkeşlərlə şüar vəhdəti təşkil edir.
Məsələn, azarkeşlər "Araz" qışqıranda, mühafizəçilər "Naxçıvan" deyir. Və ya əksinə.
Məlum görüntünün ölkə futbolu adına sevindirici, yoxsa utandırıcı məqam olması ilə bağlı suala cavab tapmağı öhdənizə buraxırıq.