65c62910390ee202402243056
"Prezident and içəndən sonra ölkədə dəyişikliklər olacaq" - Deputat ANONS VERDİ

“Prezident İlham Əliyev and içəndən və təzə hökuməti təyin edəndən sonra  həm struktur, həm də kadr cəhətdən dəyişikliklər olacaq”.

 

Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili ölkə başçısı tərəfindən müəyyən islahatların aparılacağının anonsunu verib:


“Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini təsdiq edəndən sonra andiçmə olacaq. Sonra isə hökuməti buraxacaq və təzə hökumət formalaşdıracaq. Gözləntilər çoxdur, yenilənmə gözləyirik. Hiss edirəm ki, Cənab Prezident böyük yenilənmə aparacaq. Hökumətin tərkibində də müəyyən dəyişikliklər edəcək. Belə baxanda əsas problemimiz olan Qarabağ məsələsi həll olunub. İndi isə  daxili problemlərimiz qalıb. Sosial sahədə ciddi problemlərimiz var. Bizə maraqlı olan odur ki, qiymət artımı olmasın. İnsanların sosial vəziyyəti yaxşı olsun. Bu sahəyə daha çox diqqət ayırmaq lazımdır. Təzə hökumət təsdiq ediləndən sonra Cənab Prezident hökumət üzvlərinə bu sahədə göstərişlərini verəcək. Ona görə də hesab edirəm ki, bu məsələlər yavaş-yavaş öz həllini tapacaq. Çox müsbət haldır ki, Azərbaycanda inflyasiya müəyyən qədər səngiyir. Müsbət məqamlar kifayət qədər çoxdur. 2024-cü ildə Cənab İlham Əliyevin rəhbərliyi altında sosial sahədə daha ciddi irəliləyişlərə nail olacağıq”. 


Vahid Əhmədov bildirib ki, İlham Əliyev xalqımıza Qarabağ zəfərini yaşatdığı üçün Prezident seçkilərinin favorit idi:

“Əlbəttə, İlham Əliyev növbədənkənar Prezident seçkilərində böyük fərqlə qalib oldu. Çünki, 200 il ərzində Azərbaycan tarixində ilk dəfə Qarabağı işğaldan azad etdi, torpaqlarımızı geri qaytardı. O, bizə böyük bir tarixi qələbə qazandırdı. Bunlar məhz İlham Əliyevin rəhbərliyi altında oldu. Ona görə də xalq yenidən İlham Əliyevə etimad göstərdi”.

09.02.2024 14:54
278

(MGID): :
OXŞAR XƏBƏRLƏR