64db6a358e329202308230613
Prezidentdən Səhiyyə Nazirliyi və TƏBİB-lə bağlı FƏRMAN

Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda dərman vasitələrini ölkəyə gətirə biləcəklər.

 

Panarama.az  Sfera.az-a istinadən  xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.


Fərmana əsasən, təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır.

15.08.2023 16:04
208

(MGID): :
OXŞAR XƏBƏRLƏR