6527ddda62945202310235154
"Prius" sürücüsünün bu görüntüsü həyəcana səbəb oldu - DYP hərəkətə keçdi - VİDEO

Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub. 

Panarama.az bildirir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. 

Görüntülər Yasamal rayonu Mətbuat prospektindəki “50 qəpik" adlanan avtoyuyucuda lentə alınıb. 

Sürücünün qeyri-adekvat hərəkətləri ətrafdakıların diqqətindən yayınmayıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, məlum video ilə bağlı məsələ nəzarətə götürülüb: "Araşdırma aparılır. Lazımi tədbirlər görüləcək".

Görüntüləri olduğu kimi təqdim edirik:



12.10.2023 15:50
322

(MGID): :
OXŞAR XƏBƏRLƏR