Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub.
Panarama.az bildirir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Görüntülər Yasamal rayonu Mətbuat prospektindəki “50 qəpik" adlanan avtoyuyucuda lentə alınıb.
Sürücünün qeyri-adekvat hərəkətləri ətrafdakıların diqqətindən yayınmayıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, məlum video ilə bağlı məsələ nəzarətə götürülüb: "Araşdırma aparılır. Lazımi tədbirlər görüləcək".
Görüntüləri olduğu kimi təqdim edirik: