Türkiyədə prokuror polis rəisini döyüb.
Panarama.az yerli mediaya istinadla bildirir ki, Nevşehir şəhər prokuroru vəzifəsində çalışan Məhəmməd Fatih V. bir müddət əvvəl Kahramanmaraşın Elbistan qəsəbəsinə yaxın qohumunun toyuna gedib.
Gecənin sonunda toyda silahlardan atəş açılıb. Bu barədə polisə məlumat daxil olub. Polis əməkdaşları ilə birgə Elbistan qəsəbə Polis İdarəsinin rəisi Arif G. özü də toy yerinə gəlib.
Prokurorla polis rəisi arasında davam edən mübahisə zamanı tərəflər arasında döyülmə hadisəsi baş verib. İddialara görə, prokuror rəisi yumruq vurub. Hər iki tərəf bir-birindən şikayətlənib.
Hazırda araşdırma aparılır./lent.az