PSJ "İnter"i rüsvay edib tarixi uğura imza atdı - YENİLƏNİB+QOLLAR... VİDEO
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Panarama.az Offsideplus.az-s istinadən xəbər verir ki, Avropanın ən prestijli klub turnirinin finalında İtaliya “İnter”i Fransanın PSJ komandasına qarşı mübarizə aparıb.
Oyun Almaniyanın Münhen şəhərində keçirilib.
PSJ 5:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə ÇL-i qazanıb. Bu, yarışın final matçlarında ən böyükhesablı qələbə olub.
Eyni zamanda Paris təmsilçisi 2024/2025 mövsümündə trebl - ölkə çempionluğu, ölkə kuboku və ÇL-i qazanan yeganə klub olub.
Çempionlar Liqası, final
23:00 PSJ (Fransa) - "İnter" (İtaliya) 5:0
Əşrəf Hakimi, 12; Dezire Due, 20; 63; Xviça Kvaratsxeliya, 73; Senni Mayulu, 87
Baş hakim: İştvan Kovaç (Rumıniya)
"Münhen Arena", Almaniya