Pilotsuz təyyarənin hücumu nəticəsində Belqorodda 5 mənzil, eləcə də 16 avtomobil zədələnib.
Panarama.az Lent.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, 13-cü mərtəbədən 7-ci mərtəbəyə kimi fasad dağıdılıb. Mənzillərin pəncərələri sınıb, kondisionerlər sıradan çıxsa da, sakinlər arasında xəsarət alan olmayıb. Fasadın dağılan hissələri həyətdə dayanan avtomobillərin üzərinə düşüb, 16 avtomobil zədələnib.