64e6873b114d0202308232459
Putin gecə ilə Kremlə qayıtdı – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kurskdan Moskvaya qayıdıb və birbaşa Kremlə yollanıb.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Putinin Priqojinin ölümünə görə Kremlə qayıtdığı ehtimal edilir.

 

Qeyd edək ki, Putin Kursk döyüşünün 80 illiyinin qeyd edilməsi üçün Kurska getmişdi.

Xatırladaq ki, 23 avqust axşam saatlarında “Vaqner” rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.

 

Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.


24.08.2023 02:22
167

(MGID): :
OXŞAR XƏBƏRLƏR